Putinin Ankaraya səfərinin gündəmi zəngin olacaq — ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri hələ də hazırlanır və onun gündəminin zəngin olacağı gözlənilir.
O, türkiyəli jurnalistlərə açıqlamasında "Putinin Türkiyəyə səfəri hələ hazırlanır, bu, iki ölkə başçıları üçün əlverişli olan vaxt baş tutacaq. Danışıqların gündəliyi həmişə sıxdır. Bunlar ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlərdir" deyib.
Türkiyə mediası daha əvvəl yazıb ki, Putinin Türkiyəyə səfəri fevralın 12-də baş tuta bilərdi. Kremlin mətbuat katibi Dmitri Peskov konkret tarix bildirilmədən səfərin hazırlandığını təsdiqləyib.
Rusiya ilə Türkiyə arasında bank köçürmələri məsələsindən danışan Buravov bu sahədə problemlərin həll olunacağına ümid etdiyini bildirib. 
"Məsələ müxtəlif səviyyələrdə, o cümlədən özəl sektor nümayəndələrinin iştirakı ilə müzakirə olunur. Ümid edirəm ki, müsbət qərar veriləcək. Son hadisələr Rusiyaya sanksiya tətbiq edilən məhsullar tədarük etməyən türk şirkətlərinə də təsir edib" - o, deyib.
Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bir müddət əvvəl bildirib ki, səfirlik Rusiya və Türkiyə xarici iqtisadi fəaliyyət iştirakçılarının maraqları naminə bank köçürmələri sahəsində ciddi problemlərin olduğunu təsdiqləyib, mövcud çətinliklərin ikitərəfli səviyyədə həlli üçün lazımi səylər göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31