Rusiyalı hərbi müxbir Moskvada saxlanılıb
19 Fevral 2024 16:17 DünyaRusiyalı hərbi müxbir Andrey Kots Moskada saxlanılıb.
Olaylar.az bu barədə Rusiya KİV-inə istinadən xəbər verir.
Məlumata görə, jurnalistin üzərində marixuana aşkarlanıb. Bildirilir ki, polis əməkdaşları jurnalisti küçədə saxlayanda onun əsəbi olduğunu görüblər. Daha sonra Kotsun üzərində yoxlama aparılan zaman içərisində maddə olan bağlama aşkarlanıb. Ekspertiza bu maddənin 2 qram marixuana olduğunu müəyyən edib.
Kots marixuananı satın aldığını etiraf edib. Hazırda polis narkotik vasitəni satan şəxsi axtarır.
Qeyd edək ki, Andrey Kots İkinci Qarabağ müharibəsində separatçı ermənilərin fəaliyyətini işıqlandırıb. Hərbi müxbir hazırda "Ria Novosti" saytında Ukraynadakı münaqişə ilə bağlı silsilə müqavilələr dərc edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31