İran "Hizbullah"ı ABŞ-ni təhrik etməməyə çağırıb
19 Fevral 2024 15:25 Dünyaİran hakimiyyəti Yaxın Şərqdə münaqişənin daha da gərginləşməsindən qaçmaq üçün "Hizbullah" təşkilatını və digər silahlı qruplaşmaları ABŞ-ni təhrik etməməyə çağırıb.
Olaylar.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Livan və İran məmurlarına istinadən məlumat yayıb.
"İran müharibənin genişlənməsinə və geri dönülməz nöqtəyədək gərginləşməsinə yol verməmək üçün mümkün hər şeyi edir", - deyə nəşr yazıb.
Nəşrin məlumatına görə, İran hakimiyyəti istənilən təhdidə cavab verməyə hazır olduğunu bildirsə də, ayrı-ayrılıqda yüksək səviyyəli rəhbərləri ehtiyatlı olmağa çağırır.
Nəşrin yazdığına əsasən, İran nümayəndələri İraqda bildiriblər ki, regionda münaqişənin yenilənməəsinin ABŞ qoşunlarının ölkədən çıxarılması barədə danışıqların sürətinə mane ola bilər.