Ermənistan prokurorluğu keçmiş nazirin əmlakının müsadirəsini tələb edir

Ermənistan prokurorluğu keçmiş nəqliyyat və rabitə naziri Hayk Çşmarityanın əmlakının müsadirə olunmasını tələb edir.

Olaylar.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, prokurorluq keçmiş nazirin 15,8 milyard dram (təqribən 39 milyon dollar) dəyərində 7 ədəd daşınmaz əmlakı, 1 avtomobili, 2 şirkətdəki səhmləri, eləcə də böyük məbləğdə nağd pul vəsaitinin müsadirəsini tələb edir.

Keçmiş nazirə qarşı irəli sürülən iddiada Çşmarityanın sadalananları qeyri-qanuni yolla əldə etdiyi qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31