ABŞ-də dəhşətli partlayış - Ölən və yaralananlar var

 

ABŞ-nin Sterlinq şəhərində (Virciniya ştatı) binada baş verən partlayış nəticəsində yanğınsöndürən ölüb.

Bu barədə NBC məlumat yayıb.

Daha 11 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Qeyd edilib ki, partlayış yanğınsöndürənlər hadisə yerinə gələndən az sonra baş verib.

Hadisə nəticəsində qonşu binalara da ziyan dəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31