Konqres əlavə maliyyə vəsaiti ayırmadan ABŞ Kiyevi silahla təmin edə bilməyəcək - Bayden
16 Fevral 2024 22:20 DünyaABŞ Konqresi müvafiq qanun layihəsini təsdiqləmədən Amerika administrasiyası Ukraynaya silah tədarükünü davam etdirə bilməyəcək.
Olaylar.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı deyib.
ABŞ prezidentindən soruşublar ki, Konqres tədbir görmədən Vaşinqton Kiyevi silahla təmin edə biləcəkmi. "Xeyr, amma onların hərəkətə keçməsinin vaxtıdır, elə deyilmi?", - deyə o cavab verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31