Tanınmış iş adamı axtarışa verildi
16 Fevral 2024 18:26 DünyaRusiyalı iş adamı və sənayeçi Mixail Sutyaginski Qazaxıstanda axtarışa verilib.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə Almatı Polis İdarəsi məlumat yayıb.
Məlumata görə, o, qətl təşkil etməkdə şübhəli bilinir:
"Yanvarın 30-da müttəhim qətlin təşkilində şübhəli şəxs qismində tanınıb. Həmin şəxs barəsində məhkəmənin hökmü ilə qiyabi həbs qətimkan tədbiri seçilib, barəsində axtarış elan edilib".
Qeyd edək ki, Mixail Sutyaginski Rusiyanın əsas iş adamlarından və sənayeçilərindən biridir. O, Rusiya Dövlət Dumasının deputatı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31