Rusiyanın Qərbə qarşı xoş jestlərinin limiti tükənib - Lavrov
16 Fevral 2024 16:48 DünyaRusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində Moskvanın Qərbə qarşı xoş jestlərinin limitinin tükəndiyini və münasibətləərin normallaşmasının artıq Rusiya tərəfindən asılı olmadığını bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələri ilə münasibətlərin bərpa olunma ehtimalını şərh edərkən xatırlatma edib.
"Münasibətlər nə vaxtsa bərpa olunacaq. Bunun nə zaman baş verəcəyi isə bizdən asılı deyil. Bu, onların problemidir. Biz o qədər güzəştə getdik, xoş məram jesti göstərdik ki, prezidentin də xatırlatdığı kimi, artıq bu jestlərin limiti tükənib", - Lavrov deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31