Navalnının tromb səbəbindən öldüyü bildirilir
16 Fevral 2024 16:30 DünyaAleksey Navalnının tromb səbəbindən öldüyü bildirilir.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın "Telegram" kanalları məlumat yayıb.
Qeyd edək ki, fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum Aleksey Navalnı gəzintidən sonra özünü pis hiss edərək demək olar ki, dərhal huşunu itirib. Müəssisənin tibb işçiləri dərhal hadisə yerinə gəlib, təcili tibbi yardım briqadası çağırılıb.
Zəruri bütün reanimasiya tədbirləri görülüb, lakin heç bir müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun öldüyünü təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31