Lavrov Ukrayndakı münaqişə ilə bağlı Böyük Britaniya və ABŞ-nin mövqeyini müqayisə edib

Böyük Britaniyanın Ukraynadakı münaqişədə mövqeyi ABŞ-dən daha aqressivdir.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Böyük Britaniyanın hazırki hadisələrdə oynadığı rol hər hansı digər ölkə, o cümlədən ABŞ ilə müqayisədə daha aqressiv və təxribatçı xarakterlidir.

Qeyd edək ki, bir qədər əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyi London və Riqanın Ukraynanı pilotsuz uçuş aparatları imkanları ilə təmin etmək üçün koalisiyaya rəhbərlik edəcəklərini, koalisiya çərçivəsində Böyük Britaniyanın Kiyevə minlərlə PUA tədarük edəcəyini bildirib. Bundan başqa, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ABŞ-ni Ukraynaya dəstəklə bağlı qanun layihəsini təsdiqləməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31