Rusiya qoşunları Avdeyevkadan olan bir qrup qaçqını xilas edib - ÖZƏL
16 Fevral 2024 12:47 DünyaRusiya hərbçiləri Avdeyevka şəhərindən bir qrup qaçqını xilas ediblər.
Olaylar.az xəbər verir ki, bunu Donetsk Xalq Respublikasının (DXR) hüquq-mühafizə orqanlarının rəsmisi bildirib.
Qoşunlarımız Avdeyevkadan daha bir qaçqını çıxarmağa nail olublar. Rəsmi əlavə edib ki, bu insanlar indi təhlükəsizdirlər.
Ukraynanın "Strana" xəbər agentliyi yerli internet icmalarına istinadən xəbər verir ki, Avdeyevkada vəziyyət Ukrayna qoşunları üçün xeyli pisləşib. Cümə axşamı Ukrayna ordusunun rəsmiləri Avdeyevkadakı vəziyyəti "son dərəcə kritik" adlandırıblar. Ukraynanın "Tavriya" əməliyyat-strateji qrupunun sözçüsü Dmitri Lixovoy bildirib ki, Ukrayna qüvvələri Avdeyevkada alternativ təchizat yollarından istifadə etməyə başlayıb və müəyyən ərazilərdə "daha sərfəli mövqelərə" geri çəkilir.