Hindistanda boya fabrikində yanğın: 10-dan çox ölən var

Hindistanın paytaxtı Nyu-Dehlidə yerləşən boya fabrikində yanğın olub.

Olaylar.az xəbər verir ki, bu barədə Hindistanın yerli televiziyası məlumat yayıb.

Məlumata görə, partlayışdan sonra baş verən yanğın Alipur rayonundakı iki anbara və narkotik asılılığından müalicə mərkəzinə yayılıb.

Partlayış nəticəsində fabrikin binası dağılıb. Həlak olanların cəsədləri tamamilə yandığı üçün kimliklərini müəyyən etmək çətinləşib.

O cümlədən biri polis olmaqla, daha dörd nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. İki nəfərin taleyi naməlum olaraq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31