İsrail Fələstinlə barışıq üçün beynəlxalq təzyiqləri rədd edir - ÖZƏL
16 Fevral 2024 11:29 DünyaOlaylar.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail fələstinlilərlə daimi sülh məsələsi ilə bağlı beynəlxalq təzyiqləri qəti şəkildə rədd edir və davamlı həllin yalnız birbaşa danışıqlarla əldə oluna biləcəyinə inanır.
"İsrail fələstinlilərlə daimi nizamlanma məsələsi ilə bağlı beynəlxalq təzyiqləri qəti şəkildə rədd edir. Bu cür razılaşma ilkin şərt olmadan yalnız tərəflər arasında birbaşa danışıqlar yolu ilə əldə olunacaq", - baş nazir bildirib.
Onun sözlərinə görə, İsrail Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qarşı çıxmaqda davam edir, çünki HƏMAS-ın keçən il İsrailə hücumunu nəzərə alaraq, bu, görünməmiş terrorizmin mükafatı olacaq və gələcək sülh prosesinin qarşısını alacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31