Qərb terrorla mübarizə bəhanəsi ilə insan hüquqlarını pozdu — ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Mariya Zabolotskaya bildirib ki, beynəlxalq terrorizmlə mübarizə bəhanəsi ilə Qərb ölkələri Əfqanıstan, İraq, Liviya və Suriyada apardıqları əməliyyatlar zamanı insan hüquqlarını açıq-aşkar pozublar.
"Qərbli həmkarlarımızın terrorla mübarizə tədbirlərinin həyata keçirilməsində insan hüquqlarının qorunmasının vacibliyi və beynəlxalq hüquqa hörmət edilməsinin vacibliyi ilə bağlı məlum fikirlərini eşidəndə, Qərb tərəfindən insan haqlarının kobud şəkildə pozulmasını unutmaq olmaz. Əfqanıstanda, Liviyada, İraqda, Suriyada, həmçinin Fransa ordusunun uzun müddətdir Saheldə mövcudluğu zamanı terrorla mübarizə bəhanəsi ilə əməliyyatları həyata keçirib" - o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31