Rusiyanın beynəlxalq ehtiyatları bir həftədə 6 milyard dollar azalıb - ÖZƏL
15 Fevral 2024 18:17 DünyaRusiyanın beynəlxalq ehtiyatları bir həftə ərzində 6 milyard dollar azalaraq 9 fevral 2024-cü il tarixinə 580,4 milyard dollara çatıb.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Mərkəzi Bank verib.
"Beynəlxalq ehtiyatlar bir həftə ərzində 6 milyard dollar və ya 12% azalaraq 580,4 milyard dollar təşkil edib. Hesabat dövründə müsbət yenidən qiymətləndirmənin təsiri bankın xarici valyuta satışı üzrə apardığı əməliyyatların həcmini ötüb", - tənzimləyici bildirib.
Rusiyanın beynəlxalq ehtiyatları Rusiya Bankı və Rusiya hökumətində mövcud olan yüksək likvidli xarici aktivlərdir. Onlara xarici valyuta, Xüsusi Borclanma Hüquqları (SDR), Beynəlxalq Valyuta Fondunda ehtiyat mövqe və monetar qızıl daxildir.
Moskvanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra Qərb ölkələri Rusiya Bankına qarşı sanksiyalar tətbiq edib. Rusiyanın qızıl-valyuta ehtiyatlarının dondurulması ilə yanaşı, tənzimləyicinin ehtiyatlarının və aktivlərinin idarə edilməsi ilə bağlı bütün əməliyyatlar, o cümlədən Mərkəzi Bankın adından və ya göstərişi ilə fəaliyyət göstərən hər hansı hüquqi şəxs, təşkilat və ya orqanla əməliyyatlar qadağan edilib.