Belqorod atəşə tutuldu - 5 ölü

Ukrayna ordusu Rusiyanın Belqorod şəhərini raket atəşinə tutub.

Olaylar.az xəbər verir ki, raketlərdən biri ticarət mərkəzinə düşüb.

Raket qalıqlarının, həmçinin futbol meydançasına düşdüyü bildirilir.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 18 nəfər isə yaralanıb.  (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31