Türkiyədə üç mütəşəkkil cinayətkar dəstə məhv edilib: rəhbərləri həbs olundu

Türkiyənin İstanbul şəhərində eyni vaxtda keçirilən "KAFES-40" əməliyyatları zamanı üç ayrı mütəşəkkil cinayətkar dəstə məhv edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.

Onun sözlərinə görə, qruplaşma liderləri Emre Özcan, Önder Küçük və Sergen Solak saxlanılıb.

Keçirilən əməliyyatlar zamanı, həmçinin 24 şübhəli ələ keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31