Bu ölkə Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini blokladı
15 Fevral 2024 13:10 DünyaMacarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni, 13-cü sanksiyalar paketini bloklayıb.
Olaylar.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Aİ səfirlərinin görüşündə yeni sanksiyalar paketinə qarşı çıxan yeganə ölkə Macarıstan olub.
Əgər bu sanksiyalar paketi təsdiq olunarsa, məhdudlaşdırıcı tədbirlər Rusiya, Çin və digər ölkələrdən olan təxminən 200 nəfərə və təşkilata təsir edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31