"Bu il Ukraynaya daha çox sursat göndərəcəyik" - Almaniyanın müdafiə naziri
15 Fevral 2024 12:50 Dünya"Ukrayna bu il ərzində 2023-cü illə müqayisədə 3-4 dəfə çox sursat alacaq".
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu, Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə Kiyevə hərbi yardım üzrə təmas qrupunun növbəti iclasında bildirib.
"Deyə bilərəm ki, biz bu il Ukraynaya 2023-cü ildəkindən 3-4 dəfə çox artilleriya mərmisi çatdırmağı planlaşdırırıq", - Pistorius bildirib.
Onun sözlərinə görə, Almaniya 2024-cü ildə silah-sursat istehsalı üçün 3,5 milyard avro büdcə ayırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31