Putin: Rusiya üçün Baydenlə daha yaxşıdır
15 Fevral 2024 12:47 DünyaRusiya istənilən ABŞ Prezidenti ilə işləməyə hazırdır, lakin daha yaxşı olar ki, bu, Co Bayden olsun.
Olaylar.az bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
"Rusiya Federasiyası üçün ABŞ prezidenti kimi hansı siyasətçi daha yaxşıdır: Co Bayden, yoxsa Donald Tramp?" sualına Putin belə cavab verib:
"O (Bayden), daha təcrübəli, proqnozlaşdırıla bilən insandır, köhnə formasiyanın siyasətçisidir. Ancaq biz Amerika xalqının güvəndiyi istənilən ABŞ lideri ilə işləyəcəyik", - Rusiya lideri izah edib. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31