Paşinyan yeni "inqilaba" hazırlaşır

Ermənistanın baş naziri Nikol Paşinyan tezliklə hökumətdə kadr inqilabı həyata keçirəcək.

Olaylar.az xəbər verir ki, bu barədə erməni KİV-ləri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hazırda yeganə toxunulmaz şəxsdir.

"Görünür, onun işi həm Paşinyanı, həm də "Vətəndaş sazişi"nın elitasını təmin edir", - KİV yazıb.

KİV qeyd edib ki, Paşinyan ona sadiq olan qanunverici orqanın üzvlərinə güvənir və onları icra orqanına keçməyə dəvət edir. Lakin deputatlar nazir portfelini götürməkdən imtina edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31