Türkiyə gəmisi batıb - Dənizçilərin taleyindən xəbər yoxdur- YENİLƏNİB
15 Fevral 2024 12:20 DünyaTürkiyə bayrağı altında üzən yük gəmisi altı dənizçi ilə birlikdə Mərmərə dənizində batıb.
Bu barədə türk KİV-ləri xəbər verir.
"69 metrlik "Batuhan" yük gəmisinin göyərtəsində altı nəfər var, hamısı Türkiyə vətəndaşıdır. Onların axtarış-xilasetmə işlərinə başlanılıb.
İnsidentlə bağlı siqnal yerli vaxtla səhər saat 6:20-də daxil olub. Hadisə yerinə üç sahil mühafizə gəmisi və bir helikopter göndərilib.
Dənizçilərin axtarışına güclü dalğalar mane olur", - məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31