İsrail Livan ərazisinə PUA ilə zərbələr endirdi - “Hizbullah” döyüşçüsü öldürüldü

İsrail Hərbi Hava Qüvvələri PUAilə Livanın cənubundakı Nəbatiyyə şəhərini vurub.

Olaylar.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, İsrail Livanın cənubunu, İsrail sərhədindən təxminən 10-25 kilometr aralıda yerləşən bir neçə hədəfi vurub.

Hava hücumu nəticəsində 11 nəfər həyatını itirib. Bir nəfər "Hizbullah" döyüşçüsünün də öldürüldüyü bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31