“Nu, poqodi”nin bəstəkarı vəfat etdi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məşhur "Nu, poqodi" cizgi filminin mahnısına musiqi yazan macar bəstəkar Tamaş Deak vəfat edib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə MTI xəbər agentliyi məlumat yayıb.

"Cizgi filmləri üçün musiqi bəstələyən Tamaş Deak 96 yaşında vəfat edib", - deyə agentlik məlumat yayıb.

Qeyd edək ki, Deak 1928-ci ildə Macarıstanın Sekeşfehervar şəhərində anadan olub. Deakin musiqi yazdığı 120-dən çox cizgi serialı və televiziya proqramları arasında ən çox sevilən "Nu, poqodi" cizgi filmi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31