Nikola Sarkozi 6 ay həbs cəzasına məhkum edildi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini 2012-ci il seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı iş üzrə 6 ay həbs cəzasına məhkum edib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə LCI telekanalı məlumat yayıb.

Məhkəmə sabiq prezidentə, həmçinin, daha altı ay şərti həbs cəzası verib.

Xatırladaq ki, Nikola Sarkozi 2012-ci il prezident seçkisi kampaniyasını maliyyələşdirmək üçün icazə verilən həddi aşmaqda ittiham olunub. Yəni maliyyələşmə 18 milyon avro əvəzinə 22,5 milyon avro təşkil edib. Fransanın sabiq lideri günahını boynuna almasa da, məhkəmə onun xərclərə qəsdən nəzarət etmədiyini müəyyənləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31