Türkiyədə Nazirlər Kabinetinin iclası keçiriləcək
16 Yanvar 2024 10:58 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasını keçirəcək.
Olaylar.az bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.
Məlumata görə, bu ilin ilk hökumət iclasında Türkiyənin terrorla mübarizə əməliyyatları, o cümlədən İsrail-HƏMAS müharibəsi, Türkiyənin Qəzza zolağında atəşkəsin əldə edilməsi üçün göstərdiyi diplomatik təşəbbüslər və Qırmızı dənizdəki gərginlik müzakirə olunacaq. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31