Ağır avtobus qəzası: 9 ölü, 28 yaralı

Türkiyənin Aydıncık bölgəsində (Mersin vilayəti) avtobus qəzaya uğrayıb.

Olaylar.az xəbər verir ki, Antalyadan Mersinə gedən avtobus maneəyə çırpılıb, daha sonra aşıb.

Qəza nəticəsində 9 nəfər ölüb, 28 nəfər yaralanıb.

Yaralananlar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. (Konkret.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31