Kürd milyarder SEPAH-ın hücumlarında öldürüldü
16 Yanvar 2024 09:11 DünyaMossad-la əlaqəsi olan kürd milyarder SEPAH-ın hücumlarında öldürülüb.
"Telegram" kanalları xəbər verir ki, ötən gecə İraq Kürdüstanının Ərbil şəhərində SEPAH tərəfindən həyata keçirilən hücumlar nəticəsində kürd iş adamı Peşrav Dzeyi və onun 4 ailə üzvü həlak olub.
Dzeyi "Empire" i "Falcon Group" şirkətlərinin sahibi idi.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) TG kanalı bildirib ki, Dzeyi İsrailin xarici kəşfiyyat xidməti Mossad ilə əlaqəli olub və İraq Kürdüstanından İsrailə neft nəqlinə cavabdeh olub.
Onun həm də İraq Kürdüstanının rəhbərliyi ilə, ilk növbədə Bərzani ailəsi ilə sıx əlaqədə olduğu qeyd edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31