KİV: İran SQ İraq ərazisinə hava zərbələri endirib, ölənlər var

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraqın şimalındakı Ərbil şəhərinə endirdiyi zərbələr nəticəsində azı 4 nəfər həlak olub.

APA  xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Qurbanlar arasında ABŞ hərbçiləri və ya koalisiya qüvvələrinin olmadığı qeyd edilir. Eyni zamanda koalisiya qüvvələri Ərbil hava limanı yaxınlığında 3 pilotsuz təyyarəni vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31