Sloveniyada maaşlarından razı olmayan həkimlərin üsyanı- ÖZƏL

Olaylar.az xəbər verir ki, Sloveniyada həkimlər maaşlarından razı qalmadıqları üçün vəzifə səlahiyyətlərini yerinə yetirməkdən imtina ediblər.

Sloveniya Həkimlər Birliyinin üzvü Ana Lina Vodusek yerli mətbuata verdiyi açıqlamada ölkədə həkim və stomatoloqların maaşlarının artırılmasını, həkim və diş həkimlərinin maaş sisteminin dövlət sektorunda ümumi əmək haqqı sistemindən müstəqil olması tələbiylə bu gün səhər saatlarında vəzifə öhdəliklərindən imtina etməyə başladığını açıqlayıb.

Vodusek, həkimlərin hökumətin onların tələblərinə cavab verməməsindən, ictimai səhiyyə xidmətlərində yaxşılığa doğru dəyişikliklərin həyata keçirilməməsindən qəzəbləndiyini və işçilərin ayrılmağa davam etdiyini söylədi.

Vəzifə öhdəliklərindən imtina etmələrinin əsas səbəbinin hökumətin imzalanmış müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməməsi olduğunu bildirən Vodusek tələblər yerinə yetirilənə qədər etirazın davam edəcəyini bildirib.

Sloveniya hökuməti həmkarlar ittifaqı rəsmilərini görüşə dəvət edib və həkimləri "vəzifələrinə qayıtmağa" çağırıb.

Bu arada qeyd olunub ki, işlərin dayandırıldığı müddətdə hərarətli və infeksiyalı xəstələrə təcili tibbi yardım göstəriləcək, müalicə aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31