Türkiyədə 100-ə yaxın tələbə qidadan zəhərlənib
15 Yanvar 2024 15:50 DünyaTürkiyənin Kastamonu vilayətində 95 tələbə qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Olaylar.azTürkiyə KİV-ə istinadən xəbər verir ki, yataqxanada qalan tələbələrin toyuq tantunidən zəhərləndikləri deyilir.
Belə ki, axşam saatlarında tantuni yedikdən sonra tələbələrdə ürəkbulanma, ishal və qusma kimi şikayətlər baş verib.
Kastamonu valiliyinin açıqlamasına görə, 95 tələbədən 72-nin xəstəxanada müalicəsi davam etdirilir, heç bir həyati təhlükələri yoxdur. Hadisə ilə bağlı araşdırma və təhqiqatlar davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31