Çilidə 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Olaylar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 143 min nəfər əhalisi olan Kalama şəhərindən 76 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 143 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur. (oxu.az)