Putin Şimali Koreyaya səfər edəcək

Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri yaxın gələcəkdə baş tuta bilər.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

Şimali Koreya lideri Kim Çen Inın Vladimir Putinə Pxenyana səfər təklifinin qüvvədə olduğunu deyən Peskov, səfərin yaxın gələcəkdə baş tutacağını vurğulayıb.

"Səfərin vaxtı diplomatik kanallar vasitəsilə əlavə olaraq razılaşdırılacaq", - o deyib.

Qeyd edək ki, Şimali Koreyanın xarici işlər naziri Çoy Son Xinin rəhbərlik etdiyi hökumət rəsmilərindən ibarət nümayəndə heyəti Moskvaya səfər edib.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfər edib. Görüşdə Vladimir Putinlə Kim Çen İn Rusiya və Şimali Koreya arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri, regiondakı vəziyyət, beynəlxalq məsələlər müzakirə olunub. Kim Çen In da öz növbəsində Vladimir Putini Şimali Koreyaya səfərə dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31