Türkiyənin milli döyüş təyyarəsi sabah ilk uçuşunu həyata keçirəcək
15 Yanvar 2024 14:36 DünyaTürkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yerli və milli imkanlarla hazırlanan milli döyüş yəyyarəsi KAAN sabah ilk uçuşunu həyata keçirəcək.
Olaylar.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə hərbi mənbələrindən bildirilib.
Qeyd edək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.
2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən "İstikbalin Yüzyılı" proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31