“Mercedes” yeni bolidini təqdim edəcək
15 Yanvar 2024 14:33 DünyaFormula 1 çempionatının "Mercedes" komandasında 2024-cü ilin maşını - "W15"in təqdimatının fevralın 14-nə təyin olunduğunu təsdiqləyiblər. Komandada qarşıdakı hadisəni "rəqəmsal təqdimat" adlandırıblar. Belə ki, hər şey onlayn rejimdə keçiriləcək.
Olaylar.az AZƏRTAC-a istinadla xəbər verir ki, birbaşa yayım Silverstoundan təşkil olunacaq və onu komandanın sosial şəbəkələrdəki kanalları vasitəsilə də izləmək təklif olunur. Həmçinin günün sonunda baş qəhrəmanlar - Luis Hemilton, Corc Rassel və Toto Volfla videomüsahibələrin, buna qədər isə ənənəvi olaraq, yeni maşının təqdimatı üçün xəbər materiallarının əlçatan olacağı vəd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31