Şimali Koreyanın baş diplomatı nümayəndə heyəti ilə birlikdə Moskvaya gəlib – ÖZƏL
15 Yanvar 2024 14:19 DünyaKoreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər naziri Ço Son Huinin başçılıq etdiyi hökumət nümayəndə heyəti Moskvaya gəlib.
Olaylar.az xəbər verir ki, hava limanında nümayəndə heyətini Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri, Şimali Koreyanın Rusiyadakı səfiri və digər Şimali Koreya diplomatları qarşılayıblar.
Əvvəlki məlumatlara görə, Ço rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə yanvarın 15-17-də Rusiyaya səfər edəcək. Rusiyanın baş diplomatı 2023-cü ilin oktyabrında Pxenyana səfər edib. Səfər Rusiya ilə Şimali Koreya arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünə həsr olunub. Lavrovu Şimali Koreya lideri Kim Çen In qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31