NATO Latviyada hərbi təlimlər keçirəcək
15 Yanvar 2024 13:04 DünyaNATO-nun "Furious Wolf 24" hərbi təlimləri bu il 15-19 yanvar tarixlərində Latviyada keçiriləcək.
Olaylar.az xəbər verir ki, bu barədə Latviya KİV-i məlumat yayıb.
Məlumata görə, təlimlərdə ABŞ, Çexiya, Fransa, Böyük Britaniya, Niderland, Norveç və Almaniyadan aviasiya yanğın dəstəyi üzrə mütəxəssislər iştirak edəcək. Təlimlər zamanı həm gündüz vaxtı, həm də günün qaranlıq saatlarında qırıcıların aşağı hündürlükdə uçuşları həyata keçiriləcək.
"Bu cür hərbi təlimlər hər bir bölmənin birgə tapşırıqların icrasında öz rolunu daha yaxşı anlamasını əhəmiyyətli dərəcədə yaxşılaşdırır", - Latviya Silahlı Qüvvələrinin məlumatında deyilir.
Qeyd edək ki, "Furious Wolf" təlimləri üç Baltikyanı ölkədə keçiriləcək. Təlimlərin məqsədi bölmələrin həm şəhər mühitində, həm də ondan kənarda aviasiya yanğın dəstəyi üzrə məşqlərin keçirilməsindən ibarətdir. (Trend)