Cennifer Lopez albomun üz qabığında rus brendindən transparan geyimdə rol alıb - ÖZƏL
15 Yanvar 2024 11:17 DünyaAmerikalı müğənni və aktrisa Cennifer Lopez Rusiyanın Yanina Couture moda evindən libas geyinərək fotosessiyaya çəkilib.
Olaylar.az xəbər verir ki, müvafiq nəşr brendin İnstaqram səhifəsində dərc edilib.
54 yaşlı məşhur 10 ildən sonra ilk studiya albomu olan This Is Me...Now-un üz qabığında, brenddən çiçəkli transparan kombinezon geyinərək poza verib. Eyni zamanda estrada müğənnisinin saçları həcmli saç düzümü ilə tərtib edilib, üzünə isə çılpaq çalarlarda makiyaj edilib.
Fotonun müəllifinin fotoqraf Jan Roy olduğu məlum olub. "Eksklüziv vinil örtük" deyə Lopezin özü yazıya başlıq verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31