Rusiyada təyyarə məcburi eniş edib
15 Yanvar 2024 11:10 DünyaRusiyada "Yamal" aviaşirkətinə məxsus təyyarə texniki nasazlıq səbəbindən Novosibirsk aeroportuna məcburi eniş edib.
Olaylar.az xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Qorno Altaysk - Salexard reysi həyata keçirən təyyarədə 44 sərnişin və 4 ekipaj üzvü olub. Hadisənin səbəbi aşkarlanmadan təyyarə istismardan çıxarılıb.
Novosibirsk Nəqliyyat Prokurorluğu tərəfindən aviasiya xidmətlərinin istehlakçılarının hüquqların müdafiəsi üzrə nəzarət tədbirləri həyata keçirilib.
Qeyd edilir ki, sərnişinlərin uçuşu rezerv təyyarə ilə həyata keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31