Yaponiya, ABŞ və Cənubi Koreya diplomatları Rusiya-Şimali Koreya münasibətlərini müzakirə ediblər - ÖZƏL
15 Yanvar 2024 10:46 Dünya"Yüksək vəzifəli yapon, ABŞ və Cənubi Koreya diplomatları telefonla Koreya Xalq Demokratik Respublikasının (KXDR) bazar günü raket buraxılışını, eləcə də Moskva ilə Pxenyan arasındakı münasibətləri müzakirə ediblər".
Olaylar.az xəbər verir ki, bunu Yaponiya Xarici İşlər Nazirliyi bildirib.
Diplomatlar bu addımı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin pozulması kimi tənqid edərək, Pxenyanın raket sınağını müzakirə ediblər. "Bundan əlavə, onlar Şimali Koreya ətrafında mövcud vəziyyət, o cümlədən Rusiya-Şimali Koreya münasibətləri barədə fikir mübadiləsi aparıblar", - nazirliyin bəyanatında deyilir.
Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) daha əvvəl bildirmişdi ki, Şimali Koreya yanvarın 14-də hipersəs döyüş başlığına malik bərk yanacaqla işləyən orta mənzilli ballistik raketin sınaq buraxılışını həyata keçirib.
Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui 2023-cü ilin oktyabrında Pxenyana səfər etmiş rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə üç günlük rəsmi səfərlə Rusiyaya gəlib.