Türkiyədə Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun "X" sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, iclas bu gün saat 14:30-da İstanbulda Dolmabağça sarayında keçiriləcək.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, müdafiə naziri Yaşar Gülerin iştirak edəcəyi iclasda terrorla mübarizənin və digər cari məsələlərin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, İraqın şimalında "Pençe-Kilit" antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin atəşi nəticəsində 9 türk əsgəri şəhid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31