NATO baş katibi Davos forumunda iştirak edəcək
12 Yanvar 2024 17:29 DünyaNATO-nun baş katibi Yens Stoltenberq Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
"15,16 və 17 yanvar tarixlərində NATO-nun baş katibi Yens Stoltenberq İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun illik iclasında iştirak edəcək", - məlumatda deyilir.
Qeyd olunub ki, Stoltenberq plenar iclasda iştirak edəcək və digər beynəlxalq liderlərlə ikitərəfli görüşlər keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31