İsrail ordusu HƏMAS-ın bir neçə komandirini öldürüb
12 Yanvar 2024 17:14 Dünyaİsrail hərbçiləri HƏMAS-ın "Nuxba" bölməsinin bir neçə komandirini öldürüb.
Olaylar.az xəbər verir ki, bu barədə İsrail Müdəfiə Qüvvələri məlumat yayıb.
Məlumata görə, İsrail hərbçiləri Maqazi bölgəsində 20-yə yaxın HƏMAS döyüşçüsünü, o cümlədən "Nuxba" bölməsinin bir neçə komandirini öldürüb.
Bundan başqa, Xan-Yunisdə İsrailin qırıcı təyyarəsinin HƏMAS-ın hərbi obyektinə hücumu nəticəsində yeddi döyüşçünün öldürüldüyü, bunlardan birinin "Nuxba" bölməsinin komandiri olduğu qeyd olunub.
Həmçinin, silahların olduğu gizli yerin aşkarlandığı bildirilir. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31