Dağıstanda zəlzələ oldu

Dağıstanın Xasavyurt şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.

Olaylar.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

Yeraltı təkanlar 27 kilometr dərinlikdə meydana gəlib.

Tələfat və dağıntı barədə məlumat yoxdur. (axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31