“Döyüş meydanında heç bir fasilə olmayacaq” - Zelenski
12 Yanvar 2024 14:30 DünyaUkrayna prezidenti Volodimir Zelenski Estoniyaya səfəri çərçivəsində prezident Alar Karis ilə görüşüb.
Olaylar.az xəbər verir ki, paytaxt Tallində keçirilən görüşdə Zelenski Rusiya ilə müharibə və NATO ilə əməkdaşlıq məsələlərinə toxunub.
"Döyüş meydanında heç bir fasilə olmayacaq, çünki belə bir qərar Rusiya Federasiyasının xeyrinə olar. Bu isə Ukraynaya qarşı müharibənin davam etməsi deməkdir."
NATO ilə əlaqələr məsələsinə də toxunan Zelenski bildirib ki, Vaşinqtonda keçiriləcək sammitdə NATO-ya dəvət almağa layiqdirlər.
"Kiyev bu addıma hazırdır. Bu, Rusiya təhdidinin qarşısını alacaq ən yaxşı təhlükəsizlik zəmanəti olar. Bütün demokratik ölkələrin özünü müdafiə etməsinin yeganə yolu NATO-ya üzv olmaqdır", - qeyd edib. (Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31