Rusiya BMT TŞ-nin təcili iclasını çağırdı

Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəyib. 

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın BMT-dəki daimi nümayəndəliyi öz teleqram kanalında paylaşıb. 

İclas bu gün Bakı vaxtı ilə 19:00-a təyin edilib. 

Xatırladaq ki, ABŞ və Böyük Britaniya Yəmənin "Ənsar Allah" (husilər) hərəkatına qarşı əməliyyata başlayıb. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31