ABŞ-də zəlzələ oldu

ABŞ-də Alyaska sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ Port-Aleksandr şəhərindən 73 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 20,2 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntılar barədə məlumat daxil olmayıb. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31