Rusiya BMT TŞ-nin təcili iclasını çağırdı
12 Yanvar 2024 13:26 DünyaRusiya ABŞ və Böyük Britaniyanın Yəmənə hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəyib.
Bu barədə məlumatı Rusiyanın BMT-dəki daimi nümayəndəliyi öz teleqram kanalında paylaşıb.
İclas bu gün Bakı vaxtı ilə 19:00-a təyin edilib.
Xatırladaq ki, ABŞ və Böyük Britaniya Yəmənin "Ənsar Allah" (husilər) hərəkatına qarşı əməliyyata başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31