Ermənistanda zabiti öldürməkdə şübhəli bilinən əsgər həbs olundu
12 Yanvar 2024 12:20 DünyaErmənistanda Karen Karapetyan adlı zabitin qətlində şübhəli bilinən əsgər həbs olunub.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, zabitlə əsgər arasında döyüş növbətçiliyi qaydalarının pozulmasına görə mübahisə yaranıb. Sonuncu postu təhvil verərək, zabitə avtomatdan atəş açıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanda hərbi hissələrdən birindəki postda zabit Karen Araikoviç Karapetyanın cəsədi aşkarlanıb.
Bir neçə saat sonra isə digər bir postda baş leytenant Mikael Danielyanın cəsədi aşkarlanıb. Hər iki hərbçi odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31