Zaxarova ABŞ-ın Yəmənə zərbələr endirməsini beynəlxalq hüquqa növbəti etinasızlıq adlandırıb - ÖZƏL

"ABŞ-ın Yəmən ərazisinə hücumu regionda vəziyyəti gərginləşdirmək üçün beynəlxalq hüquqa tamamilə məhəl qoymamaqdır".

Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"ABŞ-ın Yəmənə aviazərbələri anqlo-saksonların öz dağıdıcı məqsədləri üçün regionda vəziyyəti gərginləşdirmək adı ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmələrinin və beynəlxalq hüquqa tam məhəl qoymamasının başqa bir nümunəsidir" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31